Tramp vacib sazişlə bağlı vaxt qoydu

17.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin 90 gün ərzində bağlanacağını bildirib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə İtaliyanın baş naziri Ciorcia Meloni ilə görüşündə bildirib.

"Ticarət razılaşması 100% olacaq. Onlar (Aİ ölkələri-red.) bunu çox istəyirlər. Biz razılaşacağıq. Bu, ədalətli razılaşma olacaq", - Tramp vurğulayıb.

Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar sürətdən çox keyfiyyətə diqqət yetirərək digər ölkələrlə ticarət sazişləri imzalamağa “tələsmir”.

Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью