Tramp varislərini elan etdi Üç mühüm ad | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. ABŞ Prezidenti Donald Tramp potensial varislərinin adını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “NewsNation”a verdiyi müsahibəsində danışıb.
“2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün artıq namizədlər var, lakin vəziyyət dəyişə biləcəyi üçün hər hansı bir konkret namizədi müəyyən etmək hələ tezdir”, – Ağ Ev rəhbəri bildirib.
Tramp Respublikaçılar Partiyasında vəzifəyə namizəd ola biləcək çox istedadlı insanların olduğunu qeyd edib.
ABŞ lideri vitse-prezident J.D.Vensi və dövlət katibi Marko Rubionu xüsusi olaraq vurğulayıb.
O, həmçinin potensial varislər arasında Maliyyə naziri Skott Bessenti də qeyd edib. Prezident hər üç namizədi “əla” adlandırıb.
Əliyar Xəlil Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu