Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək

03.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Vaşinqton mümkün İran nüvə proqramı sazişi çərçivəsində Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp sahibi olduğu "Truth Social” sosial şəbəkəsində yazıb.

"Potensial sazişimiz çərçivəsində biz uran zənginləşdirməsinə icazə verməyəcəyik”, – o qeyd edib.

Amerika lideri vurğulayıb ki, "avtoqələm (əvvəlki ABŞ Prezidenti Cozef Baydenin administrasiyası – red.) çoxdan Tehranın uran zənginləşdirməsini dayandırmalı idi”.

///Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью