Tramp: Vaşinqton və Tehran uranın çıxarılması prosesini birgə həyata keçirə bilər

04.06.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müzakirə olunan ilkin razılaşmanın İranın bombalanmış nüvə obyektlərində uranın çıxarılması ilə bağlı birgə fəaliyyət mexanizmini nəzərdə tutduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ prezidentinin sözlərinə görə, hazırkı plan bu prosesin gələcəkdə İran tərəfi ilə birlikdə həyata keçirilməsini ehtiva edir.

“Hələlik nəzərdə tutulan odur ki, çox da uzaq olmayan gələcəkdə biz bu işlə onlarla birlikdə məşğul olacağıq”, - deyə Tramp bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью