Tramp Vaşinqtondakı atışmanı antisemitizm aktı adlandırıb

22.05.2025

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdur", - Tramp ölən diplomatların ailələrinə başsağlığı verərək yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью