Tramp: Vaşinqtondan sonra Çikaqo və Nyu Yorka gedəcəyik

23.08.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtondan sonra Çikaqo və Nyu-York da daxil olmaqla digər meqapolislərdə cinayətkarlıqla mübarizəni gücləndirmək üçün federal hökumətin, o cümlədən nizami ordunun resurslarından istifadə etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Milli Qvardiyanın və digər qüvvələrin paytaxtda asayişin təmin edilməsinə cəlb olunmasını şərh edib:

“Biz hələ nizami silahlı qüvvələri cəlb etməmişik. Amma əgər məcbur olsaq, bunu etməyə hazırıq”.

Prezident bildirib ki, Vaşinqtonda nəticə əldə etdikdən sonra digər şəhərlərdə də təhlükəsizliyin gücləndirilməsi planlaşdırılır:
“Düşünürəm ki, Çikaqo bizim növbəti addımımız olacaq. Sonra Nyu-Yorka kömək edəcəyik”.

Günel

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью