Tramp: Vaşinqtonla danışıqların bərpası İran üçün ən yaxşı variant olardı

13.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Vaşinqtonla danışıqların bərpası İran üçün ən yaxşı variant olardı. Nə ABŞ, nə də İsrail İrana pislik arzulamır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knesset) çıxışı zamanı bildirib.

Amerika lideri deyib: "Biz sülh içində yaşamaq istəyirik. İran belə addım atsa, bu, zəiflik əlaməti olmayacaq. Danışıqların bərpası İranın indiyə qədər verdiyi ən yaxşı qərar olardı və bu, baş verəcək".

D.Tramp, həmçinin qeyd edib ki, əgər ABŞ iyun ayında İranın nüvə obyektlərinə zərbələr endirməsə idi, Qəzzada vəziyyətin nizamlanması üzrə razılaşma əldə olunmayacaqdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью