Tramp: Vatikan görüşündə Zelenski daha çox silah istəyib

28.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vatikan görüşü zamanı Volodimir Zelenski ondan daha çox silah istəyib.
APA xəbər verir ki, Tramp bu barədə Morristaun hava limanında jurnalistlərlə söhbəti zamanı danışıb.

"Zelenski mənə dedi ki, ona daha çox silah lazımdır, amma o, bunu artıq üç ildir ki, deyir," — Tramp vurğulayıb.

Onun sözlərinə görə, bu dəfə söhbət zamanı Zelenski əvvəlkilərlə müqayisədə daha sakit davranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью