Tramp: Vatikanda danışıqlar aparmaq əla olardı

20.05.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarının Vatikanda keçirilməsinin “böyük ideya” olacağını deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp dünənki telefon danışığında Vatikanın vasitəçiliyinin gündəmə gəldiyini və bunun danışıqlara kömək edəcəyini düşündüyünü qeyd edib.

"Böyük ağrı var, böyük qəzəb var və düşünürəm ki, bu, qəzəbi bir qədər azalda bilər. Buna görə də Vatikanda bunu etmək, məncə, əla ideya olardı",- deyəTramp vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью