Tramp Vatikanda Zelenski ilə görüşə bilər

24.04.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfəri zamanı bir sıra dünya liderləri ilə görüşəcəyini açıqlayıb. 

Missiya.Az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

"Mənim çoxlu görüşlərim var. Bunu bacara biləcəyimi dəqiq bilmirəm", - deyə siyasətçi vurğulayıb.

Jurnalistlər onun Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb-görüşməyəcəyini soruşduqda Tramp bildirib ki, Zelenskinin dəfn mərasimində iştirak edib-etməyəcəyini bilmir.

Qeyd edək ki, Papa Fransiskin dəfn mərasimi aprelin 26-da baş tutacaq.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью