Tramp və Epşteynin azyaşlı qızlarla qumarxanalara getdikləri məlum oldu

18.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp və keçmiş maliyyəçi Cefri Epşteyn azyaşlı qızlarla qumarxanaya gediblər.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalına 1987-1990-cı illərdə ABŞ liderinin yanında işləmiş "Trump Plaza, Hostel və Casino" şirkətinin baş direktoru Cek O'Donnell məlumat verib.

Onun sözlərinə görə, Tramp və Epşteyn bir dəfə bazar günü gecə saat 1:30-da gəliblər.

"Bilirsiniz, iki yoldaş idi. Yanlarında üç qadın vardı", - deyə o qeyd edib.

Cek O'Donnell əlavə edib ki, həmin vaxt Qumar Oyunlarına Nəzarət Komissiyası onları gözləyib və qızların kazinoya daxil olmaq üçün çox gənc olduqlarını öyrəniblər. Qızların yaşı 19 olub və nəticədə onlar saxlanılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью