Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ elan olunan Milli Təhlükəsizlik Strategiyası Rusiyanın siyasi maraqlarına xidmət edir.
Donald Tramp administrasiyasının hazırladığı bu Strategiya Avropa ilə siyasi-təhlükəsizlik və hərbi əlaqələri aşağı səviyyəyə salır.
NATO genişləndirilməməsi qeyd edilir. Tramp administrasiyası Qərb Alyansının inkişafına zərbə vurur və parçalanmasını həyata keçirir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, qəbul edilən strategiyada qeyd edilir ki, ABŞ-nin bütün dünya nizamını təkbaşına daşıdığı dövr artıq arxada qalıb: “Göründüyü kimi, ABŞ administrasiyası yeni dünya siyasi nizamında təkbaşına deyil, Rusiyaya da yer verməyi planlaşdırır.
Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyini təhdid edir.
Rusiya prezidenti Vladimir Putinin də əsas siyasi planı bundan ibarətdir. Tramp Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyir.