Tramp və Makron “xəritə böhranı”ndan sonra görüşdü

22.09.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Turkustan.az xəbər verir ki, iki lider arasında görüş son həftələrdə yaranan “xəritə böhranı” fonunda baş tutub. Trampın ABŞ bayrağı ilə örtülmüş bəzi Fransa Karib ərazilərini əks etdirən sosial media paylaşımı iki ölkə arasında gərginlik yaratmışdı.

Buna baxmayaraq, görüş zamanı Tramp və Makron səmimi görüntü veriblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Makron danışıqların “çox məhsuldar” keçdiyini bildirib.

Fransa Prezidenti Tramp ilə Rusiya-Ukrayna müharibəsi, İranla bağlı vəziyyət və Qırmızı dənizdəki təhlükəsizlik məsələlərini müzakirə etdiklərini deyib. O, Qırmızı dənizdəki vəziyyətin qlobal qiymətlər baxımından əhəmiyyətli olduğunu vurğulayıb və Ukrayna-Rusiya münaqişəsi barədə uzun müzakirə apardıqlarını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью