Tramp və Makronun bu hərəkəti gündəm oldu VİDEO KONKRET

13.10.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron arasında maraqlı an yaşanıb. Liderlərin görüşü zamanı onların əl sıxması təxminən 30 saniyə davam edib.

KONKRET.az xəbər verir ki, kadrlar sosial mediada sürətlə yayılaraq istifadəçilərin diqqətini çəkib. Bir çoxları bu səhnəni “mini qol güləşi matçı”na bənzədib. Tramp və Makronun inadla əl sıxması, hətta bir-birinə baxışları belə gərgin anlara səbəb olub.

Qeyd edək ki, Tramp və Makronun əl sıxması daha əvvəl də medianın diqqətini çəkib. Bu dəfəki görüş isə iki lider arasında “səssiz güc nümayişi” kimi şərh olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью