Tramp və Mask BARIŞDI

14.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və uzun müddətdir münasibətləri gərgin olan milyarder Elon Mask yenidən əlaqələrini bərpa ediblər.

Redaktor.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Maskın noyabrda keçiriləcək Konqres seçkilərində Respublikaçılar Partiyasına dəstək vermək qərarı iki milyarderin münasibətlərinin yenidən yaxşılaşmasına səbəb olub.

Nəşrin məlumatına görə, Mask Respublikaçılar Partiyasının Konqresdə nəzarəti saxlamasına kömək etmək üçün seçici fəallığının artırılması kampaniyasına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır.

Bildirilib ki, Tramp və Maskın münasibətlərinin bərpası üçün təxminən bir il ərzində müxtəlif səylər göstərilib. Hazırda onların təxminən ayda bir dəfə əlaqə saxladıqları və süni intellekt, Çin və dünya gündəmi ilə bağlı məsələləri müzakirə etdikləri bildirilir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью