Tramp və Netanyahu arasında görüş hələ planlaşdırılmayıb

09.07.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilməsi gözlənilən görüş hələlik rəsmi şəkildə planlaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə "NewsNation" telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

"Bu gün Ağ Ev rəsmisi bildirdi ki, Tramp və Netanyahu arasında görüş hazırda planlaşdırılmayıb", – deyə Meyer sosial şəbəkədə yazıb.

Daha əvvəl Tramp "Axios" portalına açıqlamasında Netanyahunun onunla Ağ Evdə görüşmək istədiyini və görüşün ABŞ prezidentinin Ankarada keçiriləcək NATO sammitindən qayıtmasından sonra baş tuta biləcəyini demişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью