Tramp və Netanyahu dekabrın 29 da görüşəcəklər

08.12.2025

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 29-da Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün görüşəcəklər.
Turkustan.az xəbər verir ki, yerli media Netanyahunun dekabrın 28-dən yanvarın 4-dək ABŞ-a rəsmi səfər etməyi planlaşdırdığını bildirib.
Hesabatda Tramp-Netanyahu görüşünün əsas gündəliyinin Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçid olacağı qeyd edilib.
İsrail mediası keçən həftə Tramp administrasiyasının Qəzzada atəşkəsin ikinci mərhələsini Yeni ildən əvvəl elan etmək istədiyini yazıb.
Dünən Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında Netanyahu bildirib ki, Qəzzada atəşkəsin ikinci mərhələsi "tezliklə başlaya bilər".
Atəşkəsin birinci mərhələsinin böyük ölçüdə tamamlandığını bildirən Netanyahu Trampla görüşdə atəşkəsin ikinci mərhələsini müzakirə edəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью