“Tramp və Netanyahu devrilənədək Hörmüzü açmayacağıq”

17.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

İranın ali liderinin siyasi müşaviri Məhəmməd Baqir Zülqədr “Tramp və Netanyahu devrilənədək Hörmüz boğazını açmayacağıq” deyib.

Modern.az-ın məlumatına görə, Zülqədr bildirib ki, İran xalqı təcavüzkar düşmənin buynuzlarını sındırmaq, zalımların belini yerə vurmaq və neft istismarçısı olan güclərin regiona müdaxiləsinin qarşısını əbədi olaraq almaq qərarına gəlib. 

"Döyüşçülərimiz cinayətkar adlandırılan Tramp və qan tökən adlandırılan Netanyahu hakimiyyət kürsüsündən devrilənədək Hörmüz boğazını açmayacaqlar. Bu, İran xalqının qisasının ilk mərhələsidir”, - deyə Zülqədr bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью