Tramp və Netanyahu sentyabrın 29 da Ağ Evdə görüşəcək

17.09.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 29-da İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Tramp onu sentyabrın 29-da Ağ Evdə görüşə dəvət edib. Netanyahunun sözlərinə görə, ABŞ prezidentindən dəvət dünənki telefon danışığı zamanı gəlib.

Qeyd edək ki, bu, Trampın yenidən prezident seçildikdən sonra Netanyahu ilə dördüncü üz-üzə görüşü olacaq.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью