Tramp və Netanyahunun görüşü mətbuata qapalı olacaq

07.07.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək bugünkü görüş mətbuata açıq olmayacaq.

APA “Times of Israel” qəzetinə istinadən xəbər verir ki, liderlər birgə şam yeməyində iştirak edəcəklər.

Görüşdən sonra mətbuat konfransının keçirilməsi gözlənilmir.

Tramp və Netanyahunun əsasən İran və Qəzzanı müzakirə edəcəkləri ehtimal olunur.

İsrailin Baş naziri cümə axşamı ölkəsinə qayıdacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью