Tramp və Putin arasında mümkün danışıqların əsas məqsədi açıqlandı

13.01.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əsas məqsədi  NATO qoşunlarının şərq sərhədlərindən  çıxarılmasını müzakirə etmək ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Putin Ukraynanın heç vaxt Şimali Atlantika Alyansına qoşulmayacağına və NATO-nun şərqdəki mövcudluğunu azaldacağına zəmanət verən yeni sazişlər bağlamağı planlaşdırır.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Rusiyaya qarşı hər hansı təhlükənin qarşısını almaq üçün dünya sistemini dəyişməyi planlaşdırır.
Putinin Rusiya-Ukrayna münaqişəsi bitdikdən sonra yarana biləcək vəziyyətdən narahat olduğu iddia edilir.
Qeyd edək ki, yanvarın 10-da Tramp jurnalistlər qarşısında çıxışı zamanı Putinin onunla görüş keçirməkdə maraqlı olduğunu və hazırda buna hazırlıq getdiyini bildirib. Ancaq ABŞ-nin yeni seçilmiş prezidenti görüşün tarixini dəqiqləşdirməyib.
Digər tərəfdən, dekabrın 19-da Putin birbaşa xətt zamanı Trampla görüşə hazır olduğunu bildirsə də, dəqiq tarixlə bağlı məlumat verməyib.
Xatırladaq ki, bundan əvvəl Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Tramp və Putin arasında danışıqların Serbiyada aparılmasını təklif etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью