Tramp və Putin bu məsələləri müzakirə edə bilərlər

18.03.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən telefon danışığının əsas mövzusu Moskvanın Ukrayna ilə bağlı gələcək sazişdə etməyə hazır olduğu güzəştlər olacaq.

Manset.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, müzakirədə ərazi məsələləri də müzakirə olunacaq. 

Ağ Evin adının açıqlanmasını istəməyən bir rəsminin sözlərinə görə, liderlər gələcək təkbətək görüşü də müzakirə edə bilərlər. Onun tarixi və yeri hələ müəyyən edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью