Tramp və Putin danışdı

09.02.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

BAKU.WS xəbər verir ki,  bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Putin Ukraynada davam edən müharibənin dayandırılması məsələsini müzakirə ediblər.

"Mən susmağı üstün tuturam", – nəşr Trampın sözlərindən sitat gətirib.

ABŞ Prezidenti bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün konkret planı olduğunu vurğulasa da, detalları açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью