Tramp və Putin niyə məhz Budapeştdə görüşəcək? KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüş məkanı kimi Budapeştin seçilməsi beynəlxalq səviyyədə diqqət çəkib.
Bəs, Putin Tramlpa göüş yeri kimi Budapeşti seçməklə hansı diplomatik mesajı vermək istəyib?
Siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, bu qərar təsadüfi deyil və mühüm diplomatik məna daşıyır.
“Budapeştin görüş məkanı kimi çıxış etməsi kifayət qədər ciddi məqamdır.
Hər iki dövlətin diplomatik qaydalara görə razılığı və etimadı bu məsələdə həlledici rol oynamışdır.
Həm Putin, həm də Tramp Macarıstana və onun rəhbərinə böyük hörmətlə yanaşır,” – deyə ekspert vurğulayıb.
İlyas Hüseynovun sözlərinə görə, bu görüş təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Rus–Ukrayna müharibəsinin həlli və Avropada sülhün, təhlükəsizliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Viktor Orban təcrübəli siyasətçidir.
Tam oxu
Xəbəri oxu