Tramp və Putin üzbəüz görüşəcək

13.04.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezidentlər Vladimir Putin və Donald Tramp arasında üzbəüz danışıqlar, şübhəsiz ki, vaxtı gələndə baş tutacaq, lakin onlar hələ buna hazır olmalıdırlar”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu görüş baş tutacaq. Prezidentlər siyasi iradələrini ifadə ediblər ki, bu baş tutsun, o cümlədən bunu açıq etsinlər. Amma bu, lazımi vaxtda baş verəcək. Biz buna hazırlaşmalıyıq", - Kreml sözçüsü bildirib.

O, bunu Putinin cümə günü ABŞ liderinin xüsusi elçisi Steven Vitkoff ilə söhbətinin Trampla gələcək görüşünə bir addım ola biləcəyi ilə bağlı suala cavabında qeyd edib.

“Bu və ya digər şəkildə bu, şübhəsiz ki, bu görüş üçün əlavə addım olacaq”, – Peskov deyib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью