Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin yaxın vaxtlarda Türkiyədə görüşə bilər.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə məlumat yayıb.
"Biz bu görüşün tezliklə baş tutacağını gözləyirik, lakin konkret tarix yoxdur", - deyə vurğulanıb.
Mənbə həmçinin qeyd edib ki, Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında danışıqların yeni raundunun keçirilməsi ilə bağlı hələlik siqnal almayıb.
Daşqın Həsənov
Missiya.Az