Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəni bitirməklə bağlı son çağırışı şok effekti yaratsa da, diplomatik dəhlizlərdə gizli danışıqların aparıldığı haqda məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) nəşri Trampın andiçmə mərasimindən daha öncə ABŞ və Rusiya arasında gizli təmas xəttinin qurulduğunu yazır.
Tramp gizli təmas xətti ilə Putinə “Əsas prioritet Ukrayna müharibəsinə son qoymaqdır” mesajını çatdırıb.
Bununla yanaşı, hər iki lider Trampın inauqurasiyasından bir ay sonra – fevral ayında müharibənin bitirilməsi məqsədilə zirvə görüşü keçirmək üçün anlaşıb.
İddialara görə, Tramp Zelenskiyə sülh üçün “ağrılı resept” təqdim edəcək.
Kəşfiyyat mənbələri Tramp və Putinin gizli təmas xətti ilə danışdığını bildirir.
Bu görüşdən sonra Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa “müharibəni bir ayın içində bitirin” təlimatı verib.