Tramp və Putinin Macarıstan görüşü ləğv edilir? Kremldə dəqiq “anlayış yoxdur” | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kreml sözçüsü Dmitri Peskov ABŞ və Rusiya liderlərinin sammitinin dəqiq tarixinin hələ müəyyən olunmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərini çərşənbə axşamı "İnterfaks” agentliyi yayıb.
Peskov qeyd edib ki, nə ABŞ prezidenti Donald Tramp, nə də Rusiya prezidenti Vladimir Putin görüş üçün konkret tarix açıqlayıb: "Hazırlıq lazımdır, həm də ciddi hazırlıq.
Siz həm amerikalı, həm də bizim tərəfdən bəyanatlar eşitmisiniz ki, buna vaxt tələb oluna bilər.
Buna görə də başlanğıcda konkret tarixlər müəyyən edilməmişdi”, – deyə o bildirib.
Peskov bu sözləri KİV-də iki liderin görüşünün təxirə salına biləcəyi barədə yayılan xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda belə bir sammitin nə vaxt baş tuta biləcəyi ilə bağlı "anlayış yoxdur”, həmçinin Budapeştdə planlaşdırılan sammitlə bağlı təkliflər "megafo rejimində” səsləndirilə bilməz: "Təbii ki, təkliflərin bu cür, bilirsiniz, "megafo rejimində” açıqlanması mümkün deyil.
Tam oxu
Xəbəri oxu