Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ lideri ilə NATO rəhbəri Ukrayna sülh prosesini və İranla bağlı vəziyyəti müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Floridada keçirilən görüşdə Ukrayna sülh prosesini və İranla bağlı vəziyyəti müzakirə ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə birgə bəyanatda qeyd edilib.
Ağ Evin Mətbuat Xidməti tərəfindən yayımlanan birgə bəyanatda deyilir: "Görüş çox məzmunlu olub, Rusiya ilə Ukrayna arasındakı müharibə və İrandakı münaqişə, eləcə də Haaqa və Ankarada keçirilən sammitlərdə birlikdə əldə etdiyimiz bütün rekord nailiyyətlərə diqqət yetirilib".
Bəyanatda Mar-a-Laqoda keçirilən görüş "əla" adlandırılıb.
"Biz həmçinin Rusiyanın müharibəni qəsdən və ya bilməyərəkdən şiddətləndirəcək hər hansı bir hərəkət etməsinin qarşısını almağın vacibliyini və mümkün qədər tez bir zamanda sülh yolu ilə həllin əldə edilməsinin vacibliyini müzakirə etdik", Tramp və Rutte əlavə ediblər.