Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə

24.09.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ağ Evdə Çin liderinin dövlət səfəri çərçivəsində keçirilən rəsmi hərbi mərasimdə iştirak ediblər.

BAKU.WS xəbər verir ki, "Rose Garden"də təşkil olunan mərasimdə dövlət başçıları birinci xanımlar Melaniya Tramp və Pen Liyuanla birlikdə hərbi keçidi izləyiblər.

Rəsmi qarşılanma mərasimində ABŞ Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərini təmsil edən 479 hərbçi iştirak edib.

Tədbirin sonunda Ağ Evin üzərindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2" bombardmançı təyyarəsi və dörd "F-22" qırıcısı uçuş keçirib.

Mərasim Çin liderinin ABŞ-yə dövlət səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təmasların davam etdiyi bir vaxtda baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью