Tramp və Si Cinpin arasında telefon danışığı olub

05.02.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Çin mətbuatı Si Cinpinin Trampdan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmasına diqqət çəkib.

ABŞ prezidenti Donald Tramp isə Si Cinpinlə telefon danışığının əla keçdiyini bildirib. O, danışıq zamanı Tayvan, Rusiya-Ukrayna münaqişəsi, İran və Çinin ABŞ-dan neft və qaz alması məsələlərini müzakirə etdiklərini bildirib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью