Tramp və Vensdən Ukraynanın gələcəyi ilə bağlı mühüm ÇAĞIRIŞ

05.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Artıq nə ABŞ, nə Avropa, nə də Kiyev hökuməti Ukraynadakı münaqişədə Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirə biləcəklər".

Oxu.Az "FOX"a istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərlə söhbətində deyib.

"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər. Ona görə də hər kəsin danışıqlar masasına oturması vacibdir. Prezident Donald Tramp ukraynalıların danışıqlar masasına qayıdıb, sövdələşməni müzakirə etməyə başlamalı olduğuna dair aydın siqnal verməyə çalışır", - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью