Tramp və xanımı Papanın dəfn mərasiminə qatılacaq

22.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcəklərini bildirib.

Bizimyol.info xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

“Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl “The New York Post” qəzeti ABŞ prezidentinin iş qrafiki ilə tanış olan mənbələrə istinadən yazıb ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər dəfn mərasimində iştirak edib-etməyəcəyini jurnalistlərə söyləməkdə çətinlik çəkmişdi.

Sələfi XVI Benediktin (1927-2022) taxtdan əl çəkməsindən sonra 2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edən Fransisk aprelin 21-də 89 yaşında vəfat edib. Onun vida mərasimi Müqəddəs Pyotr Bazilikasında baş tutacaq. Dəfn mərasimi ölüm tarixindən dördüncü və altıncı günlər arasında keçirilməlidir. Dəqiq tarixi kardinallar çərşənbə axşamı müəyyən edəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью