Tramp və Zelenski Ağ Evdə görüşdü Video

28.02.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenskinin Vaşinqtonda görüşü başlayıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkə hesabında özünü Tramp administrasiyasının rəsmi sürətli reaksiya kanalı kimi təqdim edən “RapidResponse47” hesabı, ABŞ prezidentinin Ağ Evin pilləkənlərində Zelenskini salamladığını əks etdirən video yayımlayıb.
Qeyd edək ki, Tramp və Zelenski danışıqlar zamanı mineral ehtiyatlara dair saziş imzalamaq niyyətindədirlər.
Tramp və Zelenskinin Vaşinqton vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə saat 22:00 - red.) mətbuata açıqlama verməsi və birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Ağ Evə gəlməzdən əvvəl Zelenski Vaşinqtonda ABŞ Senatının iki partiyalı nümayəndə heyəti ilə görüşüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью