Tramp və Zelenski “mega saziş” müzakirə edir ABŞ Ukrayna dronlarını ala bilər KONKRET

17.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski yeni formatda “mega-saziş” üzərində düşünürlər.

KONKRET.az xəbər verir ki, The New York Post-un məlumatına görə, sazişə əsasən, ABŞ döyüş şəraitində sınaqdan çıxmış Ukrayna istehsalı pilotsuz uçuş aparatlarını (PUA) almağı planlaşdırır.

Əvəzində isə Ukraynaya Amerika silah bazarına çıxış və bu silahları birbaşa almaq hüququ verilə bilər.

Görüş və danışıqlar hələ ilkin mərhələdə olsa da, bu razılaşma ABŞ-Ukrayna hərbi əməkdaşlığında yeni mərhələ aça bilər.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью