Tramp və Zelenskinin hansı şəhərdə və nə vaxt görüşəcəyi açıqlandı

26.02.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski və Ağ Ev rəhbəri Donald Tramp fevralın 28-də Vaşinqtonda görüşəcək.

Bu barədə "Sky News" Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Bundan əvvəl "Fox News" yazmışdı ki, Zelenski cümə günü, fevralın 28-də Vaşinqtona səfər edərək Tramp ilə görüşməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью