Tramp: “Venesuela hazırda ölü bir ölkədir”

05.01.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Venesuelada vəziyyətə nəzarət edir”. 
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evə dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Tramp hazırda orada hakimiyyətdə olan insanlarla təmasda olduqlarını bildirib.
ABŞ lideri hələ də prezident səlahiyyətlərini idarə edən Delsi Rodrigezlə şəxsən danışmadığını, lakin başqalarının onunla artıq əlaqə yaratdığını vurğulayıb. O, Rodrigezin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib.
"Venesuela hazırda ölü bir ölkədir. Biz onu geri qaytarmalıyıq və infrastrukturu işlək vəziyyətə gətirmək üçün neft şirkətlərinin böyük investisiyalarına ehtiyacımız olacaq",- deyə Tramp bildirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью