Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

10.05.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Venesuelanın hazırda “çox xoşbəxt ölkə” olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Full Measure” proqramına müsahibəsində danışıb.
 

“Onlar bədbəxt idilər, indi xoşbəxtdirlər. Hər şey yaxşıdır, hər şey yaxşı idarə olunur. Neft hasilatı çox böyükdür, son illərin ən yüksək səviyyəsindədir. Böyük neft şirkətləri indiyə qədər gördüyünüz ən böyük və ən gözəl qazma qurğularını tikirlər. İnsanlar işləyir və Venesuela xoşbəxt ölkədir”, - deyə Tramp bildirib.


ABŞ liderinin sözlərinə görə, insanlar ona Venesuelada baş verənlərlə qürur duyduqlarını və orada yaxşı iş görüldüyünü deyirlər.
“Beləliklə, bizim gördüyümüz və görməkdə davam etdiyimiz çox maraqlı işlər var”, - deyə Tramp əlavə edib.
Xatırladaq ki, yanvar ayında ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birlikdə saxlanılıb.
Hazırda ABŞ-da onun “narkoterrorizm məqsədilə sui-qəsd” ittihamı ilə məhkəməsi davam edir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью