Tramp Venesuela kartellərinə qarşı tədbirləri genişləndirə bilər

06.09.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya qarşı təzyiq kampaniyası çərçivəsində ölkə daxilindəki narkotik kartellərini hədəf almağı nəzərdən keçirir.

Doğru.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yekun qərar hələ qəbul olunmasa da, Maduronu vəzifədən getməyə məcbur etmək məqsədilə gələcəkdə Venesuela ərazisinə zərbələr endirilməsi istisna edilmir.

Xatırladaq ki, bundan əvvəl Maduro ABŞ-ın təhdidlərinə cavab olaraq Bolivar Milli Milislərinin səfərbər olunduğunu açıqlamışdı. Tramp isə ABŞ ordusunun dənizdə Venesuela narkotik kartelinin 11 üzvünü zərərsizləşdirdiyini bildirmişdi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью