Tramp Venesuela neftini ABŞ ın hərbi qəniməti adlandırdı

06.08.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp avqustun 5-də Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında çıxışı zamanı Venesuela neftini ABŞ-a qalan hərbi qənimət adlandırıb.

Bizimyol.info xəbər verir ki, Tramp bildirib ki, Venesueladan milyardlarla barel neft hasil olunur və bu ölkə dünyanın ən zəngin neft yataqlarına malik ərazilərindən biridir. O, Karakasda həyata keçirilən və nəticəsində Venesuela Prezidenti Nikolas Maduro ilə həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanılaraq ölkədən çıxarıldığı əməliyyatı "48 dəqiqəlik müharibə" kimi xarakterizə edib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton "köhnə üsulla" hərəkət edərək Venesuela nefti hesabına əməliyyata çəkilən xərclərdən qat-qat çox gəlir əldə edib. "Qalib bütün qənimətləri götürür", – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, müxtəlif hesablamalara əsasən, ABŞ və Venesuela birlikdə dünya üzrə neft və qaz ehtiyatlarının təxminən 60 faizinə sahibdir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduronu və həyat yoldaşını saxlayaraq ABŞ-a aparıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsinə çıxarılıblar. Maduro və həyat yoldaşı narkotik ticarəti ilə əlaqəli ittihamlarla üzləşsələr də, irəli sürülən ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduro hökumətində icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriges icra edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью