Tramp: Venesuela sahillərində böyük tanker ələ keçirilib

11.12.2025

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində iri həcmli tankerın ələ keçirildiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp məsələ ilə bağlı “The New York Times” qəzetinə danışarkən hadisənin əhəmiyyətini vurğulayıb.

“Yəqin ki, bildiyiniz kimi, biz Venesuela sahillərində bir tanker ələ keçirdik. Böyük bir tanker, çox böyük bir tanker”, – deyə ABŞ prezidenti bildirib. O, əməliyyatın detalları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl də Venesuela prezidenti Nikolas Maduronun günlərinin “nömrələndiyini” bəyan etmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью