Tramp: Venesuela sahillərində neft tankerini ələ keçirdik

11.12.2025

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ və Venesuela arasında gərginlik davam edərkən ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerini ələ keçirdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, böyük bir tanker ələ keçirdiklərini deyən Tramp, "Başqa şeylər də olur. Bunu sonra görəcəksiniz."
Reuters-ə danışan rəsmilər əməliyyata ABŞ Sahil Mühafizəsinin rəhbərlik etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp və Venesuela prezidenti Nikolas Maduronun telefonla danışdığı bildirilirdi.
Maduro söhbəti təsdiqləyib və şərhində bildirib: "Bəli, prezident Trampla telefon danışığım olub. Söhbətin tonunun hörmətli, hətta səmimi olduğunu demək istərdim".

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью