Tramp Venesuela üzərində hava məkanının tam bağlanacağını bildirib

29.11.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində və ətrafında hava məkanının tam bağlanacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

"Bütün aviaşirkətlərin, pilotların, narkotik tacirlərinin və insan alveriçilərinin diqqətinə çatdırırıq ki, Venesuela üzərində və ətrafında hava məkanı tam bağlanacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!", - o yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью