Tramp Venesuela yaxınlığında ordunun elit dəstəsini yerləşdirib

19.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tamp Venesuela yaxınlığında Birləşmiş Ştatlar ordusunun elit dəstəsini yerləşdirib.

Oxu.Az bu barədə "The New York Post" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ ordusunun ən ölümcül xüsusi təyinatlı qüvvələrindən bəzilərini döyüşə cəlb edə bilən elit ordu bölməsi Karib hövzəsində yerləşdirilib.

Söhbətin "gecə ovçuları" kimi tanınan xüsusi təyinatlı dəstədən getdiyi qeyd edilir. Alay ən təhlükəli şəraitdə tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş "MH-60 Black Hawk" zərbə helikopterlərindən və yüngül nəqliyyat vasitələrindən istifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью