Tramp Venesuelanı ABŞ a birləşdirmək istəyir

28.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


ABŞ prezidenti Donald Tramp Venesuelanın Amerikaya birləşdirilməsini və orada prezident seçkiləri əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri Venesuela ilə Vaşinqton arasında münasibətlərin çox yaxşı, gözəl hala gəlib çatdığını bildirib:
"Venesuela çiçəklənən bir ölkəyə çevriləcək. Kim bilir, bəlkə də tezliklə çiçəklənən 51-ci Amerika ştatı olacaq. Bu mümkündür. Biz orada prezident deyil, qubernator seçkiləri təşkil edəcəyik".
Tramp həmçinin ABŞ və Venesuelanın əldə etdiyi genişmiqyaslı yanacaq müqaviləsini də xatırladıb. Vaşinqton administrasiyasının lideri qeyd edib ki, indi ABŞ-ın digər ölkələrdən daha çox nefti var.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью