Tramp Venesuelanın daha bir qayığına zərbə endirildiyini elan edib

19.10.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp ölkəyə gələn narkotik daşıyan sualtı qayığın məhv edildiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.

Tramp sualtı qayıqda dörd nəfərin olduğunu, onlardan ikisinin sağ qaldığını bildirib. Sağ qalanlar Ekvador və Kolumbiyada məhkəmə qarşısına çıxarılacaq.

ABŞ prezidenti bir neçə gün əvvəl də Venesuelaya məxsus gəminin vurulduğunu elan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью