Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinə verdiyi müsahibədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezin gələcəkdə ABŞ-yə səfər etməyi planlaşdırdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp həmçinin Bolivar Respublikasına səfər etməyi planlaşdırdığını da qeyd edib.
"Düşünürəm ki, Rodriqez nə vaxtsa ABŞ-yə gələcək və mən də onların ölkəsinə səfər edəcəyəm", - deyə Tramp bildirib və əlavə edib ki, Rodriqezlə "işgüzar münasibət qurmaq çox asandır".