Tramp vitse prezident olmağı düşünmür

27.10.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp vitse-prezidentlik barədə düşünmür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp prezidentlik dövrünün bitməsindən sonra, vitse-prezidentlik postu haqqında fikirləşmədiyini bildirib.

“Mən bunu etməzdim. İnsanlar bunu sevməzdi. Bu düzgün hərəkət olmazdı”, - Tramp qeyd edib.

Qeyd edək ki, Donald Trampın prezidentlik dövrü 2029-cu ilin yanvar ayında başa çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью