Tramp Vyetnam, Hindistan və İsrail ilə rüsumların yumşaldılması barədə danışıqlar aparır

05.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının yumşaldılması məqsədilə Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə "CNN" danışıqlarla tanış olan mənbəyə istinadla məlumat verib.

“Prezident Donald Tramp həmin ölkələrlə fərdi ticarət sazişlərinin imzalanması imkanlarını müzakirə edir. Bu razılaşmalar təklif olunan yeni tariflərin yumşaldılmasına kömək edə bilər”, - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью