Tramp: “Vyetnamda 1 həftəyə qələbə qazanardım”

02.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Vyetnam müharibəsində 1 həftə ərzində qələbə qazana biləcəyini iddia edib.

“Yeni Sabah” xəbər verir ki, o, ABŞ-nin həmin dövrdəki hərbi rəhbərliyini və strategiyasını tənqid edərək müharibənin illərlə uzanmasının səbəbini yanlış taktikalarla izah edib.

Tramp bildirib ki, ordunun meşələrdə istifadə etdiyi metodlar yerinə birbaşa əsas mərkəzlərə istiqamətlənən fərqli hərbi strategiya tətbiq olunsaydı, münaqişə 1 həftəyə başa çatardı. Dominos pizza

Ekspertlər və tənqidçilər Vyetnam müharibəsinin mürəkkəb geosiyasi və hərbi şəraitini xatırladaraq bu bəyanatı real əsası olmayan iddia kimi qiymətləndiriblər.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью